AZ

Tramp NATO-ya Hörmüz boğazı məsələsinə görə sərt xəbərdarlıq edib

BAKI, 16 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, NATO ölkələri Hörmüz boğazının blokadadan çıxarılması məsələsində Vaşinqtona kömək etməsə, alyansı çox pis gələcək gözləyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə TASS “Financial Times” qəzetinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp NATO üzvlərinin ABŞ-ın Hörmüz boğazında həyata keçirmək istədiyi tədbirlərə qoşulmasının vacib olduğunu vurğulayıb.

“Əgər bu çağırışa cavab verilməsə və ya cavab mənfi olsa, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün çox pis nəticələr doğura bilər”, - deyə Ağ ev rəhbəri bildirib.

ABŞ Prezidenti bununla bağlı konkret olaraq hansı addımların nəzərdə tutulduğunu isə dəqiqləşdirməyib.

Seçilən
81
teleqraf.com

1Mənbələr