BAKI, 16 mart. TELEQRAF
İranın qərbində yerləşən Luristan əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı hava hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, SEPAH-ın Luristan əyalətində yerləşən qərargahına havadan zərbə endirilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar və mümkün itkilər barədə hələlik məlumat verilməyib.