AZ

Gecələr daş kimi yatmaq üçün 6 əsas qayda

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Keyfiyyətli yuxu orqanizmin tam bərpası üçün həlledici rol oynayır. Yuxu üzrə mütəxəssis Liza Artis gecələr daha dərindən istirahət etmək və günə enerjili başlamaq üçün altı vacib prinsipi açıqlayıb.Demokrat.az-ın məlumatına görə bu qaydalara əməl etmək yuxu rejimini tənzimləməyə kömək edir. Mütəxəssisin fikrincə, ən önəmli amil müntəzəmlikdir. Yatmaq və oyanmaq saatlarını sabit saxlamaq bioloji ritmi qoruyur. Hətta gec yatdığınız hallarda belə, səhər eyni vaxtda qalxmaq yuxu rejiminin pozulmasının qarşısını alır. İkinci mühüm qayda texnologiyadan uzaqlaşmaqdır. Yatmazdan ən azı 20 dəqiqə əvvəl smartfonu söndürmək beyni sakitləşdirir. Bu zamanı isti duş, vanna və ya yorğan altında dincəlmək kimi rahatlaşdırıcı rituallara sərf etmək tövsiyə olunur.Yuxu mühitinin yaradılması da keyfiyyətə birbaşa təsir edir. Mütəxəssis ideal yuxu üçün otaq temperaturunun 16-18°C olmasının vacibliyini vurğulayır. Yuxudan üç saat əvvəl ağır qidalardan və spirtli içkilərdən çəkinmək isə həzm sistemini rahat saxlayaraq yuxunun kəsilməsinin qarşısını alır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
demokrat.az

1Mənbələr