Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada ağır yol qəzası baş verib.
Trend xəbər verirki, hadisə paytaxtın Polatlı rayonunda qeydə alınıb.
Məlumata görə, minik avtomobili ilə toqquşan mikroavtobus aşıb.İlkin məlumatlara əsasən, qəza nəticəsində iki nəfər ölüb, 12 nəfəryaralanıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadalarıcəlb olunub.
Qəza ilə bağlı araşdırma aparılır.