AZ

Tramp: ABŞ yaxın vaxtlarda Kuba ilə razılaşma əldə edə bilər

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yaxın vaxtlarda Kuba ilə razılaşma əldə edə bilər.

APA xəbər verir ki, Tramp bu barədə Floridadan) Vaşinqtona uçarkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, ABŞ ya yaxın zamanda Kuba ilə razılaşma əldə edəcək, ya da Vaşinqton Havana ilə bağlı zəruri hesab etdiyi addımları atacaq.

“Kuba da razılaşma əldə etmək istəyir və hesab edirəm ki, biz çox yaxın vaxtlarda ya razılaşma bağlayacağıq, ya da etməli olduğumuzu edəcəyik”, – deyə Tramp bildirib.

Seçilən
52
2
apa.az

3Mənbələr