AZ

KMTA: Şimali Koreyada keçirilən parlament seçkilərində seçici fəallığı 99,99 % təşkil edib

Bazar günü Şimali Koreyada keçirilən parlament seçkiləri rəsmən baş tutmuş hesab edilib.

"Far.Az" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, seçici fəallığı 99,99 % təşkil edib.

"Dövlət sistemimizin üstünlüklərini və dayanıqlığını nümayiş etdirmək əzmində olan bütün seçicilərin coşqusu sayəsində, KXDR-in 15-ci çağırış Ali Xalq Məclisinə deputat seçkiləri bütün səviyyələrdən olan deputatların seçkiləri haqqında qanuna uyğun olaraq keçirilmişdir. Seçici fəallığı 99,99 % təşkil edib", - agentliyin məlumatında bildirilir.

Məlumata görə, hazırda dairə seçki komissiyalarında müvafiq seçki dairələrində qeydiyyata alınmış Ali Xalq Məclisi deputatlığına namizədlərə verilmiş səslərin sayımı aparılır.

Bildirilib ki, dövlət başçısı Kim Çen İn Gənclər Kömür Birliyinin tərkibinə daxil olan mədəndə səs verib.

Seçilən
78
far.az

1Mənbələr