AZ

Donor qismində qan vermək, iynə vurdurmaq, sistem qoşdurmaq, hicama etdirmək orucu pozurmu? Video

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Oruc İslamdan əvvəl ilahi dinlərdə mövcud idi. Yetkinlik yaşına çatmış hər bir müsəlman üçün vacibdir. Oruc, insanları bu dünyada pisliklərdən qoruyan, axirətdə cəhənnəm əzabından qoruyan və günahların bağışlanmasını asanlaşdıran bir ibadətdir.

Oruc tutanlar həm maddi, həm də mənəvi cəhətdən rahatlığa qovuşurlar. Orucdan gözlənilən mənəvi zövqü yaşamaq üçün təkcə mədə ilə deyil, bütün orqanları ilə oruc tutmalıdır.

İnsan nəfsinin həddindən artıq istəklərinə qarşı durmağı, qəzəbini dəf etməyi və bütün orqanlarını oruc tutmağı bacarmalıdır. Başqalarına zərər verməkdən, ətrafdakıların dincliyini pozmaqdan və hər kəslə yaxşı münasibət qurmaqdan çəkinməlidir.

Oruc iradəni şəfqətlə məşq etdirir və azad edir. İftar səxavəti, qonaqpərvərliyi və paylaşmağı öyrədir. Təravih namazları cəmiyyətdə ibadətin sevincini və coşğunu yayır. Səhur yaxşılığın və nemətin nə olduğunu göstərir. İbadətlərimiz əxlaqımıza və sosial həyatımıza əhəmiyyətli dərəcədə təsir göstərmirsə, bu, dini həyatımızda qüsurumuz olduğunu göstərir.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qida və enerji verən "sistem" orucu pozur: “Bir dəfəlik iynə məsələsində alimlər iki yerə bölünür. Amma sadə ağrıkəsici və ya peyvənd xarakterli iynələr barədə müasir fiqh akademiyalarının çoxu pozmadığını deyir. Sistem qoşdurmaq və qida xarakterli serum almaq isə yemək hökmündədir”.

İlahiyyatçının sözlərinə görə, qan vermək donorluq məqsədilə olarsa, orucu pozmur, lakin zəiflik ehtimalı var: “Hədislərdə hicama məsələsi müzakirə olunub və alimlər arasında ixtilaf olub. Əksər müasir alimlər qan vermənin orucu pozmadığını deyir, amma zəifləmə olarsa, məkruh sayılır”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
icma.az

1Mənbələr