AZ

Bayram tətilindən necə səmərəli istifadə etmək olar?

Azərbaycanda Ramazan və Novruz bayramlarının üst-üstə düşməsi ilə əlaqədar ölkədə uzunmüddətli tətil günləri olacaq. Bir çox insan bu günləri evdə istirahət etməklə, ailə ilə vaxt keçirməklə və gündəlik iş tempindən uzaqlaşmaqla keçirir. Lakin mütəxəssislər bildirirlər ki, 10–11 gün davam edən belə uzun istirahət dövründə həyat rejiminin dəyişməsi, hərəkətsizliyin artması və qidalanma vərdişlərinin pozulması sağlamlığa mənfi təsir göstərə bilər.

Publika.az xəbər verir ki, beynəlxalq səhiyyə qurumları və tibbi mənbələr bu günlərdə də sağlam həyat ritmini qorumağın vacibliyini vurğulayır.

Mütəxəssislər bildirir ki, uzun istirahət günlərində insanların ən çox etdiyi səhvlərdən biri gündəlik rejimi tam dəyişməkdir. "Harvard Health Publishing"in məlumatına görə, gec yatmaq və gec oyanmaq bədənin bioloji saatını pozur, bu isə yorğunluq və diqqət azalmasına səbəb ola bilər. Buna görə də bayram günlərində də mümkün qədər eyni saatlarda yatmaq və oyanmaq tövsiyə olunur.

Bayram süfrələri adətən daha zəngin və kalorili olur. Dünya Səhiyyə Təşkilatı və bir sıra qidalanma mütəxəssisləri bildirir ki, uzun istirahət günlərində porsiya ölçüsünə diqqət yetirmək vacibdir. Həddindən artıq yağlı və şirin qidaların tez-tez qəbul edilməsi həzm problemlərinə və çəki artımına səbəb ola bilər.

Ev şəraitində uzun müddət qalmaq fiziki aktivliyin azalmasına gətirib çıxarır. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tövsiyələrinə görə, gündə ən azı 30 dəqiqə hərəkət etmək sağlamlıq üçün vacibdir. Bu, mütləq idman zalı demək deyil - evdə sadə məşqlər, gəzinti və ya aktiv ev işləri də fiziki aktivliyi təmin edə bilər.

Seçilən
59
7
publika.az

10Mənbələr