AZ

Hörmüz boğazı hər kəs üçün açıqdır -ABŞ və MÜTTƏFİQLƏRİ İSTİSNA OLMAQLA

Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır.

 

"Tasnim" agentliyi xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Ərəbi Əl-Cədid"ə müsahibəsində bildirib.

 

O deyib ki, Qətər, Səudiyyə Ərəbistanı, Oman və digər qonşu ölkələrlə diplomatik əlaqələr davam edir.

 

İrandakı vəziyyətə də münasibət bildirən XİN başçısı vurğulayıb ki, vəziyyət sabitdir, hökumət, yaxud ordu institutlarında heç bir parçalanma yoxdur.

 

Abbas Əraqçi əlavə edib ki, hazırda ABŞ və İsrail ilə münaqişənin başa çatdırılmasına yönəlmiş konkret təşəbbüslər mövcud deyil.



Seçilən
7
4
senzor.az

7Mənbələr