ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Emmanuel Makron ilə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, Fransa Prezidenti "X" şəbəkəsində regionda sabitliyin təmin olunması üçün İranın nüvə silahına sahib olmamasının əsas şərtlərdən biri olduğunu yazıb.
Makron ehranın region ölkələrinə qarşı hücumlarını dayandırmasının vacibliyini vurğulayıb və gərginliyin artmasının Yaxın Şərqi daha ciddi böhranla üz-üzə qoya biləcəyini qeyd edib. O, həmçinin İranın ballistik proqramı və regional fəaliyyətlərinin beynəlxalq təhlükəsizlik üçün risk yaratdığını bildirib.
Telefon danışığında Makron Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi və "Hizbullah" ilə İsrail arasında davam edən toqquşmalardan narahatlığını ifadə edib.
Pezeşkian isə ABŞ və İsrailin hücumlarını "qanunsuz təcavüz" adlandıraraq İranın öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaqda qərarlı olduğunu bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisinə hava zərbələri endirib. Tehran isə cavab olaraq İsrailə raket hücumları həyata keçirib və Fars körfəzi regionundakı ABŞ hərbi bazalarını hədəfə alıb. Bu hadisələrdən sonra Yaxın Şərqdə bir sıra ölkələr təhlükəsizlik səbəbilə hava məkanını müvəqqəti bağlayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.