AZ

Yazıçı beynəlxalq mükafatına layiq görüldü - FOTOLAR

Etibar Həsənzadə “Global Red Carpet” beynəlxalq mükafatına layiq görülüb.

QHT.az xəbər verir ki, bu barədə yazıçı Etibar Həsənzadə məlumat verib. O bildirib: “Fəaliyyətimi dəyərləndirdiyinə görə Caspian Events Group rəhbərliyinə, təşkilat komitəsinə, əməyi keçən hər kəsə və məni layiqincə təmsil etdiyinə görə dəyərli dostum, Ganjavi Holdingin prezidenti Elşən Gəncəvi bəyə təşəkkürümü bildirirəm. Allah ömür versin, Allah razı olsun, var olun.”

Qeyd edək ki, Caspian Events Group tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunan Global Red Carpet layihəsində müxtəlif ölkələrdən iş dünyası və yaradıcı sahələrin uğurlu nümayəndələri bir araya gəlib.

Tədbirin əsas məqsədi beynəlxalq əməkdaşlıqları gücləndirmək, uğurlu fəaliyyətləri qeyd etmək və yeni iş imkanları yaratmaq olub.

Layihə çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatlar və layihələr beynəlxalq mükafatlarla təltif olunub. Tədbirdə iştirakçılar kənd təsərrüfatından tutmuş yaradıcılıq və dizayn sahələrinə qədər geniş spektrdə uğurlu fəaliyyət nümunələrini nümayiş etdiriblər.

Global Red Carpet layihəsi beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və müxtəlif sahələrdə əldə olunan uğurların tanıdılması məqsədilə hər il çoxsaylı iştirakçıları bir araya gətirərək onların fəaliyyətini prestijli mükafatlarla qiymətləndirir.

 

Pərvanə Fərhadqızı

Seçilən
559
qht.az

1Mənbələr