AZ

İsti su ilə çimənlərə pis xəbər

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsti su ilə yuyunmaq vərdişi dərinizin sağlamlığına ciddi zərər vura bilər. Dəri həkimi Nikoll Negbenebor insanların əksəriyyətinin duşda yanlış üsullardan istifadə etdiyini bildirib. Həkimin sözlərinə görə, suyun temperaturu dəri vəziyyəti üçün kritik əhəmiyyət daşıyır.Demokrat.az-ın məlumatına görə isti su dərinin təbii qoruyucu qatını zədələyərək onu qurudur və həssaslaşdırır. Həkim həmçinin antibakterial sabunlardan və tərkibində ətir olan vasitələrdən uzaq durmağı tövsiyə edib. Sosial şəbəkələrdə populyarlaşan çoxmərhələli təmizləmə üsullarını isə gərəksiz hesab edir. Bunun əvəzinə sadə duş gelindən istifadə etmək və prosedurdan sonra dərini yağ vasitəsilə nəmləndirmək daha effektiv nəticə verir.Skrab və ölü dəri hüceyrələrini təmizləyən vasitələrlə bağlı da ehtiyatlı olmaq lazımdır. Əgər dərinizdə quruluq, gərilmə və ya qabıqlanma müşahidə edirsinizsə, bu vasitələrdən müvəqqəti imtina etmək daha yaxşıdır. Mütəxəssis həmin hallarda süd və ya qlikol turşusu əsasında hazırlanan daha yumşaq peelinglərin istifadəsini məsləhət görür.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
demokrat.az

1Mənbələr