AZ

Ekspert ilk hansı müəllimlərin ixtisar ediləcəyini açıqladı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib ki, son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda yüz altmış mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici yüz minin altında olub. 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, əgər bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən bir milyon olacaq. Bu da əlli minə yaxın müəllimin ixtisarı riskləri yaradır.Təhsil üzrə ekspert Elçin Əfəndiyev Demokrat.az-a açıqlamasında deyib ki, növbəti tədris ilindən etibarən I sinifə gedəcək uşaqların sayı təbii artımdan dolayı azalacaq:“Bu say 110-115 min aralığı proqnozlaşdırılır. 2031-ci ildə isə I sinifə gedəcək şagirdlərin sayı kəskin azalaraq 90-95 min aralığı proqnozlaşdırılır. 2025/2026-cı tədris ili üçün bu say 130 min idi. 10 il öncə bu say 150 min idi. Ötən il ölkədə dünyaya gələn uşaqların sayı 95 min 875 nəfər olmuşdu. Uzun müddətdir əhalinin demoqrafik göstəricilərinin aşağı düşməsi ilə bağlı müvafiq qurumlara çağırış edirəm ki, tədbirlər planı işlənib hazırlanmalıdır, müəyyən işlər görülməlidir. Bu gün artıq ali qanunverici orqanda məsul şəxs tərəfindən bu fikir artıq dilə gətirilir və hansısa tədbirlərin həyata keçirilməsi məsələsi müzakirəyə çıxarılır. Əlbəttə, belə qərar mütləq alınmalıdır”.O bildirb ki, əhalinin demoqrafik vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülməlidir:“Burada iki uşaqlı ailələrə hər hansı güzəştlərin tətbiqi və yaxud imtiyazların tanınması məsələsi diqqətə alınmalıdır. Belə bir vəziyyətin yaranmasının səbəbi, eyni zamanda əhalinin boşanma məsələsidir. Hər il evlənənlərin demək olar ki, yarı faizi, ailə həyatı quranların yarı faizindən çoxdur. Bu da əlbəttə ki, demoqrafik göstəricilərə ciddi təsir göstərir. Əks halda, bu vəziyyət hər bir sahəyə ciddi təsir göstərəcək. Məsələnin təhsil keyfiyyətinə gəldikdə isə burada ilk növbədə işini itirəcək müəllimlər məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirən müəllimlər olacaq. Daha sonra isə ibtidai sinif müəllimlərinin işsiz qalması ehtimalı var. Növbəti mərhələdə isə digər ixtisas müəllimlərinə də bu proses təsir göstərə bilər. Bu isə, təbii ki, xoşagələn hal deyil. Ona görə də həmin müəllimlər üçün yeganə çıxış yolu demoqrafik vəziyyətin yaxşılaşmasıdır. Əks halda bu problemin aradan qaldırılması üçün başqa real çıxış yolu görünmür”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
demokrat.az

1Mənbələr