AZ

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edən şəxs yenidən məhkəmə qarşısında

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Kərimovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılır.

 

Qeyd: Elşən Kərimov uzun illər Rusiyada yaşayıb. 2025-ci il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Həbsindən bir neçə gün əvvəl atasının vəfatı ilə əlaqədar ölkəyə qayıdıb. Elə 7 mərasimində də saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Kərimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 16 Mart 2026, 08:34   
Seçilən
55
pravda.az

1Mənbələr