AZ

100 km-ə 3 litrdən az yanacaq: "Changan"dan yeni "Blue Core" mühərriki

Çinin qabaqcıl avtomobil istehsalçısı Changan hibrid texnologiyasında yeni mərhələ olan "Blue Core Super Engine" platformasını rəsmən təqdim etdi. Şirkət bu yeni sistemlə yanacaq sərfiyyatını inanılmaz həddə - 100 km üçün cəmi 2,98 litrə endirməyi hədəfləyir.

Milli.Az xəbər verir ki, bu platformanın hazırlanması üçün Changan xüsusi laboratoriyaya 2 milyar yuan (291 milyon dollar) investisiya qoyub.

Sistem 1000 mühəndisin 6 illik araşdırması və 163 texniki yeniliyin nəticəsidir.

Yeni mühərrik dünyanın 70 fərqli yol tipində cəmi 2 milyon kilometr sınaqdan keçirilib.

Yeni platforma xüsusilə şəhər daxilindəki "dayan-get" (stop-and-go) tipli tıxaclarda yanacaq itkisini minimuma endirmək üçün optimallaşdırılıb.

2024-cü ildə təqdim edilən 500 bar ultra yüksək təzyiqli püskürtmə sistemi yanacağın daha effektiv yanmasını təmin edir.

Yüksək anlıq fırlanma anı (tork) və aşağı səs səviyyəsi sayəsində sürücülər daxili yanma mühərrikli maşında elektrikli avtomobil təcrübəsi yaşayacaqlar.

Changan bu texnologiyanı yalnız Çinlə məhdudlaşdırmır, bütün dünyaya yaymağı planlaşdırır:

2025-ci ildə Münhendə qurulan bölmə vasitəsilə Almaniya, Norveç və Böyük Britaniyaya hibrid modellər təqdim olunacaq.

Ar-Ge mərkəzi: Texnologiyanın inkişafında İngiltərənin Birminhem şəhərindəki araşdırma mərkəzi böyük rol oynayıb.

Taylanddakı zavod Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika kimi sağ sükanlı bazarlar üçün istehsalı artırır.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
38
1
milli.az

2Mənbələr