AZ

Dövlət quturumu 5 ədəd avtomobil almaq üçün təchizatçı tapa bilmədi - TENDER LƏĞV OLUNDU

S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu xidməti (ərazi, yük-sərnişin) nəqliyyat vasitələrinin satın alınması məqsədilə keçirdiyi tenderin ləğv olunduğunu elan edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sözügedən tenderin ehtimal olunan qiyməti 314 250 manat təşkil edirdi.

Satınalmanın ləğv edilməsinə səbəb kimi müsabiqədə iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş təchizatçıların sayının üçdən az olması (Maddə 36.1.1) göstərilib.

Qeyd edək ki, satınalmada 5 ədəd pikap tipli avtomobil nəzərdə tutulurdu.

Double Cab ÖLÇÜLƏRİ Ölçülər (uz.,en,hün.): 5320x1865x1700 Yük platformasının (u/e/h): 1555x1545x525 Klirens: 228 Şinlərin ölçüsü: 265/70R16 Avtomobilin çəkisi: 1870 Yükqaldırma: 845 MÜHƏRRİK: Mühərrikin həcmi: 2442 Silindirlərin sayı: 4 Maksimal güc: 147 Маksimal sürət: 162 Yanacaq çəninin həcmi: 75 TRANSMİSSİYA: Transmissiya tipi: 6MT Ön asqı: Double wishbone with coil spring Arxa asqı: Elliptic leaf spring EKSTERYER Ön duman əlehinə fənərlər + Arxa duman fənərləri LED + Halogen fənərlər + Əl ilə tənzimlənən fənərlər + Arxa lampa tipli stop fənərləri + Lampa tipli yan dönmə işıgı + Xoş gəldin işıq + Ön bamper (Body colored) + Arxa bamper + Ön radiator barmaqlığı (black) + Xrom qapı tutacaqları + Yan güzgülərin elektriklə idarə olunması + Arxa şüşənin qızdırıcısı + Qabaq və arxa parkinq sensorları + Yüngül lehimli disklər (16"(Silver)) + İNTERYER/OTURACAQLAR Mexaniki kondisioner + Mailliyə və dərinliyyə tənzimlənən mexaniki sükan + Mərkəzi qapı kilidləmə sistemi + Uşaq təhlükəsizlik kilidi + Mexaniki tənzimlənən sərnişin oturacağı + AM/FM radio with Bluetooth + 8 inch smartphone-link display audio + Dinamikaların sayı (2sp) + USB + Elektrik şüşəqaldıranlar + TƏHLÜKƏSİZLİK Əyləclər (ön ventilyasiyalı, arxa baraban) + ABS + EBD + Sürücü və ön sərnişin təhlükəsizlik yastıqları + Asan Seçim - 4WD + Aktiv Sabitlik Nəzarəti (ASC) + Təpəyə Yüksəlmə Yardımı (HSA) + Sürüşməyə qarşı Nəzarət + Yük Sabitlik Yardımı (TSA) + Təcili Dayanma Siqnalı Sistemi (ESS) + Tormoz Yardım Sistemi + 3 nöqtəli təhlükəsizlik kəmərləri + İmmobilayzer + QEYD: Bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur.

Seçilən
38
fed.az

1Mənbələr