AZ

Şəhid və qazi ailələri üçün “Şərq” sirkinin möhtəşəm proqramı təşkil olunub - FOTOLAR

Sea Breeze istirahət mərkəzində şəhid və qazi ailələri üçün “Şərq” sirkinin möhtəşəm proqramı təşkil olunub. Tədbir iki gün davam edərək iştirakçı ailələr üçün həm mənəvi dəstək, həm də xoş və yaddaqalan anlar bəxş edib.

QHT.az xəbər verir ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova təşkil olunan tədbirlə bağlı təşəkkürünü bildirib. O qeyd edib ki, artıq bir neçə ildir keçirilən bu təşəbbüs bu il də davam etdirilib və şəhid, qazi ailələri üçün xüsusi diqqət və qayğının göstəricisi olub.

Tünzalə Abduləlimova bildirib:

“‘Vətən Naminə’ Şəhid Ailələrinə Dəstək İctimai Birliyi adından Sea Breeze-də təşkil olunan ‘Şərq’ sirkinin möhtəşəm proqramına görə bütün təşkilatçılara, xüsusilə də Ayqun Hacıyeva xanıma və Alik İsrafilov qardaşa dərin təşəkkürümüzü bildiririk. Şəhid və qazi ailələri üçün təşkil edilən bu gözəl tədbir iki gün davam etdi və iştirak edən ailələr üçün həm mənəvi dəstək, həm də xoş və yaddaqalan anlar bəxş etdi.”

Birlik sədri vurğulayıb ki, belə təşəbbüslər şəhidlərimizin əziz xatirəsinə hörmətin ifadəsi olmaqla yanaşı, onların ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

O həmçinin tədbirin təşkilində xüsusi əməyi olan Rafiq Xəlilə də təşəkkürünü ifadə edib.

Tədbirin ərsəyə gəlməsində əməyi keçən bütün təşkilatçılara minnətdarlıq bildirilib və gələcəkdə də bu kimi xeyirxah və dəyərli layihələrin davam etdiriləcəyinə ümid ifadə olunub.

 

Pərvanə Fərhadqızı

Seçilən
46
qht.az

1Mənbələr