AZ

Szoboszlai “Liverpul”da klub rekordu qırıb

Bakı. Trend:

“Liverpul”un yarımmüdafiəçisi Dominik Szoboszlai Premyer Liqadabir mövsüm ərzində sərbəst zərbələrdən vurulan qolların sayına görəklub rekordu müəyyən edib.

Trend xəbər verirki, macarıstanlı futbolçu “Tottenhem”lə keçirilən oyunun ikincihissəsinin 18-ci dəqiqəsində standart vəziyyətdən hesabı açıb.

Beləliklə, cari Premyer Liqa mövsümündə Szoboszlai sərbəstzərbədən vurduğu qolların sayını dördə çatdırıb ki, bu da“Liverpul” tarixində bir mövsüm üçün ən yüksək göstəricidir.

Qeyd edək ki, Premyer Liqa tarixində bir mövsümdə sərbəstzərbədən vurulan qollar üzrə rekord isə Devid Bekhem (5 qol,2000/01 mövsümü) və Laurent Robertə (5 qol, 2001/02 mövsümü)məxsusdur.

Seçilən
57
az.trend.az

1Mənbələr