AZ

Hövsanda təhlükəli yol: Nişanların olmaması sürücüləri riskə atır - VİDEO

Suraxanı rayonu, Hövsan qəsəbəsində bəzi yol nişanlarının olmaması hərəkət iştirakçıları üçün təhlükə yaradır.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, həmin ərazidə, xüsusilə, axşam saatlarında hərəkət daha təhlükəli olur.
 
Sürücülərin sözlərinə görə, yolayrıcında hərəkət üstünlüyünün kimdə olduğunu yalnız bu yoldan daimi istifadə edənlər bilir. Bəzi hallarda isə sürücülərin bir-birinə yol verməməsi səbəbindən qəzalar baş verir.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, həmin ərazidə nəqliyyat intensivliyi ilə bağlı təhlillər aparılacaq. Təhlillərin nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcək.
Seçilən
45
2
moderator.az

3Mənbələr