AZ

Universitetdə epidemiya panikası: ölənlər var

Böyük Britaniyanın Kent Universitetində meningit epidemiyası yayılıb.

Publika.az xəbər verir ki, xəstəlik nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəstəxanaya yerləşdirilib.

Hakimiyyət orqanları tələbələr və işçilər də daxil olmaqla, 30 000-dən çox insanla əlaqə saxlayaraq onlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə, İngiltərənin Kenterberi bölgəsində meningit halları kəskin artıb. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin 18-21 yaşları arasında olduğu və Kent Universitetinin tələbələri olduğu bildirilir. Belə ki, ölənlərin hər ikisi eyni yaş qrupundadır və onlardan biri universitet tələbəsidir.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi epidemiyadan sonra genişmiqyaslı araşdırma başladıb. Kenterberidəki bəzi tələbələrə ehtiyat tədbiri olaraq antibiotiklər verilib. Lakin epidemiyaya səbəb olan meningitin spesifik növü hələ də müəyyən edilməyib.

Seçilən
24
2
publika.az

3Mənbələr