AZ

Əraqçi İsraili Tehrana qarşı ekoloji cinayət törətməkdə ittihamETDİ

İranın xarici işlər naziri Abbas Əraqçi İsraili Tehrana qarşı ekoloji cinayət törətməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Əraqçi bildirib ki, İsrail tərəfindən Tehrandakı yanacaq anbarlarının bombalanması beynəlxalq hüququ pozur və ekoloji cinayət sayılır.

Nazirin sözlərinə görə, şəhər sakinləri uzunmüddətli sağlamlıq və həyat problemləri ilə üzləşə bilər. O qeyd edib ki, torpağın və yeraltı suların çirklənməsi gələcək nəsillər üçün də ciddi nəticələr yarada bilər.

Bundan əlavə, İran XİN rəhbəri İsrailin törətdiyi iddia olunan hərbi cinayətlərə görə cəzalandırılmasına çağırış edib.

Aytəkin TOFİQQIZI

Seçilən
40
redaktor.az

1Mənbələr