ABŞ və İsrailin İrana hücumları və Tehranın cavab tədbirləri davam etdikcə, İsrail Baş naziri Benyamin Netanyahunun uzun müddət ictimaiyyətdən uzaq qalması və sosial mediada süni intellekt tərəfindən hazırlanan videolarının yayılması onun öldüyü iddialarını daha da artırıb.
Publika.az xəbər verir ki,Baş nazir Netanyahunun bir müddət ictimaiyyət qarşısında görünməməsi və canlı yayımda açıqlama verməməsi, ardınca İran rəsmilərinin "bombardman zamanı öldürüldüyü" iddiaları İsrail lideri haqqında şayiələri alovlandırdı. 12 martda Netanyahunun yayımlanan videosunda görünən "altı barmaq" anomaliyası görüntülərin süni intellekt tərəfindən yaradıldığı iddialarını ortaya atdı.
Bəzi mənbələr isə görüntülərin real olduğunu və eyni görüş zamanı səslənən sirenlərin intensiv hücumlara işarə etdiyini, yaralanma və ya ölüm ehtimalını artırdığını iddia etdi. "Grok" kimi yoxlama agentlikləri onun əllərində beş barmağın olduğunu və bu illüziyanın kamera bucaqları və işıqlandırma ilə əlaqəli olduğunu bildirir.
Onun dağıntılar altında yaralandığını göstərən süni intellekt tərəfindən yaradılan saxta görüntülər də etibarlı mənbələr tərəfindən təkzib edildi.
Bundan sonra diqqət Netanyahunun oğlu Yairə yönəldi. O, t "X" platformasında çox aktivdir.