AZ

Pişiyə görə həbs olunacaqdı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransa sakini xaricindən qanunsuz yolla gətirilməsi ehtimal olunan pişiyə görə az qala həbs olunacaqmış.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, maraqlı hadisə Ero departamentinin Set şəhərinin Tyerri Pyueş adlı sakinini başına gəlib.

Pyueş 3 il əvvəl heyvan sığınacaqlarının birindən Tiqru adlı pişiyi himayəyə götürüb. Yaxınlarda pişiyin səhhətində problemlər yaranıb və o, dördayaqlı dostunu veterinara aparıb. Burada isə məlum olub ki, pişiyin adı sistemdə yoxdur və ölkəyə Tunisdən qaçaqmal yolu ilə gətirilib.  

İş polisə kimi gedib çıxıb və Pyueşə müvafiq sənədləri toplamaq üçün 2 gün vaxt verilib. Veterinar xidmətləri haqda çekləri, həmçinin, sığınacaqdan verilən arayışı polisə təqdim etdikdən sonra cinayət işinə xitam verilib və Pyueşi rahat buraxıblar.

Qeyd edək ki, qanunlara görə sözügedən sənədləri təqdim etməyəcəyi təqdirdə onu 300 min avro cərimə və 2 ilə kimi həbs gözləyirdi. Bu azmış kimi Tiqru evtanaziya ediləcəkdi.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
525.az

1Mənbələr