AZ

Tramp İranın Xark adasına fokuslandı - "Tehranın maliyyəsi kəsiləcək..."



ABŞ prezidenti Donald Tramp İranın Xark adasını ələ keçirməyi düşünür.

Bu barədə "Axios" mənbələrə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, "bu, 'rejimin iqtisadi cəhətdən məğlub edilməsi', yəni Tehranın maliyyələşdirilməsinin kəsilməsi demək olacaq".

Amerika lideri ada ilə bağlı hələlik heç bir qərar vermədiyini qeyd edib. Lakin Hörmüz boğazından gəmiçiliyin bərpası səyləri təxirə salınarsa, qərarın sərt olacağını deyib.

Daha əvvəl Tramp ABŞ ordusunun Xarkda "Yaxın Şərq tarixində ən güclü bombardmanlardan birini" həyata keçirdiyini açıqlamışdı. O, hücumun bütün hərbi hədəfləri tamamilə məhv etdiyini bildirmiş, adanın neft infrastrukturuna zərbələr endirməklə təhdid etmişdi.

SAMİRƏ

Seçilən
39
baki-xeber.com

1Mənbələr