AZ

İsrail Tehrana genişmiqyaslı zərbələr endirdi – VİDEO

İsrail ordusu Tehranda bir sıra hədəflərə genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb. İsrail tərəfinin son bəyanatlarında İran daxilində əməliyyatların miqyasının genişləndirildiyi və ölkənin “minlərlə hədəfinin” qalmaqda olduğu vurğulanır.

Bizim.Media xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, zərbələr İran paytaxtındakı infrastruktur və hərbi təyinatlı obyektlərə yönəlib. Eyni vaxtda İsrail tərəfi bildirib ki, İran ərazisindən İsrailə doğru raket buraxılışları da qeydə alınıb və hava hücumundan müdafiə sistemləri onların qarşısını almaq üçün işə salınıb.
 

Reuters daha əvvəl yazıb ki, İsrailin Tehran və ətrafındakı zərbələri xüsusilə yanacaq depoları və emal obyektlərinə ciddi ziyan vurub, nəticədə şəhər üzərində qalın tüstü buludları yaranıb.


İran Xarici İşlər Nazirliyi bunu “təhlükəli yeni mərhələ” adlandırıb, İsrail isə həmin obyektlərin İranın hərbi fəaliyyətinə xidmət etdiyini iddia edib.

Hazırkı gərginlik regionun enerji və nəqliyyat təhlükəsizliyinə də təsir edir. Associated Press və Reuters-in məlumatına görə, Hörmüz boğazı ətrafındakı böhran və regionda artan hücumlar neft bazarına, aviasiyaya və ümumi təhlükəsizlik mühitinə təzyiq göstərməkdə davam edir.


Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr