AZ

Arne Slotdan “Qalatasaray” açıqlaması: “Nəticəni tərsinə çevirə bilərik”

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İngiltərənin “Liverpul” futbol komandasının baş məşqçisi Arne Slot Çempionlar Liqasında “Qalatasaray”a qarşı keçirdikləri oyundan danışıb.

İdman.Biz xəbər verir ki, Slot Türkiyədəki atmosferdən təsirləndiyini gizlətməyib.

“Bu mövsüm iki dəfə Türkiyəyə getdik, hər iki halda şanssız şəkildə məğlub olduq. Lakin hər iki oyunda aldığımız dəstək möhtəşəm idi. Xüsusilə “Qalatasaray” azarkeşlərinin yaratdığı ehtiraslı atmosferi nəzərə alsaq”, - deyə baş məşqçi vurğulayıb.

Niderlandlı mütəxəssis “Enfild”də keçiriləcək cavab qarşılaşmasına inamlı yanaşdığını vurğulayıb:

“Qalatasaray”a səfərdə minimal hesabla uduzduğumuz son matçdan sonra reaksiya verməli olduğumuzu bilirik. Çərşənbə axşamı “Enfild”də bu nəticəni tərsinə çevirmək şansımız olacaq”.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının ilk oyununda İstanbulda “Qalatasaray”a məğlub olub. Tərəflər arasındakı cavab qarşılaşması gələn həftə İngiltərədə baş tutacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
icma.az

2Mənbələr