AZ

“Xoş deyil, boş yer tapılmayıb, ona görə belə addım atıblar” - VİDEO

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun “Neftçi” ilə bir həftədə keçirəcəyi iki oyunla bağlı məsələyə münasibət bildirib.

“Bu cür sıx qrafikdə oynamaq xoş deyil. Bəzən azarkeşlər üçün də bir oyun oynayıb, bir az fasilə verib yenidən qarşılaşmaq daha maraqlı olar.

Amma yəqin ki, sıx qrafikə görə boş yer tapılmayıb, ona görə belə addım atıblar.

Hər iki komanda üçün eyni situasiya olacaq. Mən də istərdim ki, hazırlaşmaq üçün arada fasilə olsun. Deyəcək bir şey yoxdur”, - o qeyd edib.

"Qarabağ" 17-30 aprel aralığında iki dəfə “Sabah, iki dəfə isə “Neftçi” ilə qarşılaşacaq.

Seçilən
42
sportinfo.az

1Mənbələr