Rusiyanın paytaxtı Moskva növbəti dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Rusuya hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki dronu məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Moskva meri Serqey Sobyanin məlumat yayıb. Onun sözlərinə görə, bununla da günün əvvəlindən etibarən vurulan pilotsuz aparatların sayı 38-ə çatıb.
Məlumata görə, Rusiyanın paytaxtına ilk dron hücumları gecə saat təxminən 02:30 radələrində başlayıb. Bir müddət fasilədən sonra səhər saat 05:30 ətrafında yenidən davam edib. Merin son açıqlaması isə saat 06:55-də paylaşılıb və daha dörd dronun zərərsizləşdirildiyi bildirilib.
Hadisələr fonunda Moskvanın əsas hava limanlarında məhdudiyyətlər tətbiq olunub. Vnukovo, Domodedovo və Şeremetyevo hava limanları hazırda məhdud rejimdə fəaliyyət göstərir.
Rusiyanın Mülki Aviasiya Agentliyinin məlumatına görə, bu hava limanları yalnız müvafiq qurumlarla razılaşdırılmaqla təyyarələrin eniş və qalxışını həyata keçirir.