AZ

ASCO gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri vasitəsilə TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsi üzrə tikinti işləri üçün nəzərdə tutulan boruların daşınmasına başlanılıb.

Milli.Az xəbər verir ki, daşımalar Bakı limanından Türkmənbaşı limanına həyata keçirilir. Prosesdə ASCO-nun "Natavan", "Rəsul Rza", "Qaradağ", "Teymur Əhmədov" və "Maestro Niyazi" universal quru yük gəmiləri iştirak edir.

İlin sonunadək sözügedən gəmilər vasitəsilə ümumilikdə 11 700 ədəd borunun təyinat məntəqəsinə çatdırılması planlaşdırılır. 

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
16
news.milli.az

10Mənbələr