Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ administrasiyası “TikTok” platformasının ABŞ-da fəaliyyətini davam etdirməsi ilə bağlı əldə olunan razılaşma çərçivəsində investorlardan təxminən 10 milyard dollar ödəniş alacaq.
Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Belə ki, yanvar ayında ABŞ və Çin tərəfləri “TikTok”un Amerika bölməsinin xüsusi olaraq yaradılmış konsorsiuma satılması barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, investorlar TikTok-un ABŞ əməliyyatlarına nəzarəti onun Çin ana şirkəti ByteDance-dan əldə ediblər.
2026-cı ilin yanvar ayında yekunlaşdırılan müqavilədə investorların ABŞ Xəzinədarlıq Departamentinə təxminən 2,5 milyard dollar ödəməsi nəzərdə tutulmuşdu.
Əlavə ödənişlərlə ümumi ödənişin təxminən 10 milyard dollara çatacağı gözlənilir.
ABŞ-da TikTok-un əməliyyatlarını idarə edəcək yeni şirkətin təxminən 14 milyard dollar dəyərində olduğu bildirilir.
Yeni yaradılan ABŞ şirkəti "ByteDance" alqoritmindən istifadə etməyə davam edəcək və şirkətdə təxminən 20 faiz paya sahib olacaq.
ABŞ qanunlarına görə," TikTok" yalnız "ByteDance" payını azaltdığı və ya fəaliyyətini tamamilə dayandırdığı təqdirdə ölkədə fəaliyyətini davam etdirə bilər.