AZ

18 nəfər “Iran International”la əməkdaşlığa görəSAXLANILDI

İran hakimiyyəti İsraillə əlaqədə ittiham etdiyi peyk xəbər kanalı Iran International üçün işlədiyi iddia olunan 18 nəfəri saxlayıb.

Redaktor.az xəbər verir ki, Press TV-nin yaydığı məlumata görə, İran Kəşfiyyat Nazirliyi tərəfindən saxlanılan şəxslərin ABŞ və İsrail tərəfindən bombardman edildiyi bildirilən ərazilərin, eləcə də təcili yardım və xilasetmə qruplarının yerləşdiyi məntəqələrin fotolarını həmin kanala göndərdiyi iddia olunur.

Məlumatda qeyd edilir ki, daha azı 21 nəfər barəsində də hüquqi araşdırma aparılır və onlar qanuni məsuliyyətlə üzləşə bilərlər.

Bundan əvvəl verilən açıqlamalarda isə İran rəsmilərinin ölkənin “düşmənləri” ilə məlumat paylaşmaq ittihamı ilə indiyədək ən azı 500 nəfəri saxladığı bildirilmişdi.

Nuriyyə NATİQQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr