AZ

Ağ çörəklə bağlı yeni dəyişiklik - GOST standartı tətbiq edilir?

Rusiyada buğda unundan hazırlanan ağ çörəklə bağlı 1986-cı ildən bəri ilk dəfə yeni GOST standartı tətbiq ediləcək.

Ekologiya.az xəbər verir ki, yeni qaydalar 2026-cı il aprelin 1-dən qüvvəyə minir və istehsalçılar üçün həm forma, həm də çəki baxımından bir sıra yeniliklər nəzərdə tutur.

Məlumata görə, yeni standarta əsasən, bundan sonra oval formalı ocaq çörəyinin istehsalına da icazə veriləcək. Eyni zamanda, əvvəlki normadan fərqli olaraq, çəkisi 500 qramdan az olan ağ çörəyin bişirilməsi də mümkün olacaq.

Sənəddə ağ çörəyin sobadan çıxarıldıqdan sonra zavodda saxlanma müddəti dəyişdirilməyib və maksimum 10 saat olaraq qalır. Lakin pərakəndə satışla bağlı, əvvəllər “sobadan çıxarıldıqdan sonra 24 saat ərzində satılmalıdır” formasında göstərilən tövsiyələr yeni GOST-dan çıxarılıb.

Yeni standartda çörəyin hazırlanması üçün icazə verilən xammalın siyahısı da dəqiq göstərilib. Buraya yüksək, birinci və ikinci sort buğda çörəkbişirmə unu, preslənmiş çörək mayası, qida duzu, içməli su və ağ şəkər daxildir.

Seçilən
33
ekologiya.az

1Mənbələr