AZ

Quba məktəblərində şagirdlərlə maarifləndirici görüşlər: narkomaniya və erkən nikahın təhlükələri müzakirə olunub » AzadMedia.az



Bakı, 16 mart — Azadmedia.az

Quba məktəblərində şagirdlərlə maarifləndirici görüşlər: narkomaniya və erkən nikahın təhlükələri müzakirə edilib.

Quba rayonunda bir neçə ümumtəhsil məktəbində narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici görüşlər keçirilib.
Tədbirdə iştirak edən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev çıxış edərək gənclərin zərərli vərdişlərdən uzaq durmasının və təhsilə önəm verməsinin vacibliyini vurğulayıb.

Görüşlər zamanı erkən nikahın sosial və hüquqi nəticələri barədə məlumat verilib, həmçinin şagirdlərə polis peşəsi və Polis Akademiyasında təhsil imkanları haqqında danışılıb.

Sonda məktəblilərin sualları cavablandırılıb.
Seçilən
11
1
azadmedia.az

2Mənbələr