AZ

Modelyeri və bloqeri öldürüb cəsədini evinin önünə atdılar...



Türkiyədə 27 yaşlı modelyer və bloqer Ayşegül Eraslanın cəsədi evinin qarşısında tapılıb. Türkiyə mediasının yazdığına görə, modelyer hadisədən iki gün əvvəl Misirdən tətildən qayıdıb. Ayşegülün ölümündən təxminən bir saat əvvəl aktyor Sunay Kurtuluşun onun evinə gəlməsi ilə bağlı görüntülər ortaya çıxıb.

Bununla bağlı polis idarəsində izahat verən aktyor bildirib ki, modelyerlə təxminən üç həftə əvvəl sosial media vasitəsilə tanış olub. İki dəfə onun evinə gedib, bir dəfə isə birlikdə gəzintiyə çıxıblar.

O, həmçinin deyib ki, Eraslan xaricdən qayıtdıqdan sonra telefonla əlaqə saxlayıblar, görüşmək üçün onun evinə gedib. Bildirib ki, orada çay içiblər, lakin Ayşegül ona zarafatla şillə vurub.

Mətləb

Seçilən
17
1
baki-xeber.com

2Mənbələr