AZ

Xəstənin qanunsuz psixiatriya xəstəxanasına yerləşdirməyə görə hansı cəza nəzərdə tutulur? Vəkil açıqladı

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, psixi cəhətdən sağlam olan şəxsin qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirilməsi cinayət məsuliyyəti yaradır.

Vəkil Esmira Rzayeva Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu məsələ Cinayət Məcəlləsinin 146-cı maddəsi ilə tənzimlənir.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Əgər həmin əməl təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilərsə, bu zaman cəza daha da ağırlaşır. Belə halda şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Bundan əlavə, əgər bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olarsa, təqsirkar şəxs beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər”,-deyə vəkil əlavə edib.

Vəkil Esmira Rzayeva qeyd edib ki, belə halların baş verməsi insan hüquqlarının ciddi pozuntusu hesab olunur və qanunvericilik bu kimi hallara qarşı sərt məsuliyyət nəzərdə tutur.

Şəbnəm 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
icma.az

1Mənbələr