AZ

Tramp əlacsız durumdadır: Hörmüzə görə Çindən kömək istədi

ABŞ prezidenti Donald Tramp Çini İranla bağlı münaqişə səbəbindən Hörmüz boğazında pozulmuş gəmiçiliyin bərpasına kömək etməyə çağırır.

Publika.az xəbər verir ki, Tramp bazar ertəsi gecəsi “Financial Times” qəzetinə verdiyi açıqlamada bildirib ki, bu məsələdə Çin də kömək etməlidir, çünki Çin neftinin 90%-ni bu boğazdan alır.

Amerika lideri əlavə edib ki, ayın sonuna planlaşdırılan Çin prezidenti Si Cinpinlə görüşündən əvvəl Pekinin mövqeyini öyrənməyə üstünlük verərdi.

ABŞ prezidenti bir müddət əvvəl bir neçə ölkənin hakimiyyət orqanlarının Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin edilməsində iştirak etməyə razılıq verdiyini bildirmişdi.

Seçilən
29
publika.az

1Mənbələr