AZ

Kərə yağı alanlar, bu brendlər saxtadır

Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan hərtərəfli araşdırma supermarket rəflərindəki kərə yağının böyük hissəsinin saxta olduğunu ortaya qoyub. Məhkəmə Tibbi Ekspertizası və Ekspertiza Bürosu tərəfindən aparılan təhlillər, sınaqdan keçirilmiş 124 kərə yağı nümunəsinin 70 faizinin bitki yağı qarışıqlarından ibarət olduğunu müəyyən edib.

Hafta.az yazır ki, məhsullar "təbii kərə yağı" etiketli idi. Mütəxəssislər Kalininqrad, Sankt-Peterburq, Çelyabinsk və Sevastopoldakı əsas supermarket şəbəkələrindən 82,5 faiz yağ tərkibli 124 paket kərə yağı alıblar. Laboratoriya analizi 86 nümunədə (69,3 faiz) fitosterinlərin (beta-sitosterin, kampesterin və stiqmasterin) mövcudluğunu aşkar edib. Bu maddələr məhsula palma yağı və ya digər bitki yağları əlavə edildikdə görünür.

Qablaşdırmadakı "təbii kərə yağı" etiketinə baxmayaraq, məhsulların heyvan yağları əvəzinə bitki yağları və müxtəlif əlavələrdən ibarət olduğu üzə çıxıb. Bundan əlavə, bəzi nümunələrdə təbii kərə yağında olmamalı olan qoruyucu maddə - sorbin turşusu olduğu aşkar edilib, bir neçə nümunədə isə maya və kif səviyyələrinin həddi aşdığı göstərilib.

Təhlil nəticələrinə görə, saxta olduğu aşkarlanan brendlər aşağıdakı kimi sıralanıb: “Ekomilk”, “Vnukovskoye”, “Buterbrodov”, “Syrobogatov”, “Lav-produkt”, “Krestyanskoye”, “Brest-Litovsk” və sair.

Digər tərəfdən, saxta kərə yağı istehsal edən şirkətlər arasında Vkusnoteyevo brendi də qeyd olunub. Lakin brendin sahibi olan şirkət bu iddialardan sonra kommersiya nüfuzunu qorumaq üçün məhkəmə iddiası hazırlamağa başlayıb. Şirkət rəhbərliyi onların kərə yağının yalnız təbii süd qaymağından istehsal olunduğunu bildirib, iddiaları əsassız hesab edərək, İstintaq Komitəsinə böhtan atmaqla bağlı şikayət edəcəklərini açıqlayıb.

Bu, Rusiyada kərə yağı saxtakarlığı ilə bağlı ilk xəbərdarlıq deyil. 2026-cı ilin yanvar ayında aparılan oxşar araşdırma oxşar nəticələr verib. O dövrdə sınaqdan keçirilmiş 23 nümunədən 13-də süd yağının 1faizdən az olduğu və ya ümumiyyətlə yağ olmadığı aşkar edilib. Bəzi Belarus brendləri də saxtakar kimi müəyyən edilib, lakin “Brest-Litovsk” şirkəti bu məhsulların orijinal olmaya biləcəyini bildirib.

Yanvar ayı təhlillərində aşağıdakı markaların kərə yağının təhlükəsiz olduğu aşkar edilib: “Altainskaya Burenka”, “Ekomilk”, “Domik v Derevne”, “Moloçnıye Uzorı”, “Fermerskaya Kolleksiya”, “Billa”, “Mojayskoye” və “Molokolamsk”.

Seçilən
18
hafta.az

1Mənbələr