AZ

Ayaq şişkinliyi ciddi xəstəliklərin əlaməti ola bilər - Həkimdən XƏBƏRDARLIQ

Ayaqlarda yaranan şişkinliyin hər zaman yorğunluqdan qaynaqlanmadığını, bəzi hallarda isə ciddi xəstəliklərin əlaməti ola biləcəyini həkimlər bildirir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti-nin fakültə cərrahiyyəsi kafedrasının professoru İqor Zolotuxin məlumat verib.

Həkimin sözlərinə görə, gün ərzində insanın çox vaxt ayaq üstə qalması səbəbindən axşam saatlarında baldır nahiyəsində müəyyən miqdarda maye yığılması normal hesab olunur. Adətən hər baldırda təxminən 50–100 millilitr əlavə maye yaranır. Gecə saatlarında isə cazibə qüvvəsinin təsiri azaldığı üçün bu şişkinlik yox olur.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda ayaqlardakı şişkinlik artıq normal vəziyyət sayılmır və bu, müxtəlif xəstəliklərin əlaməti ola bilər.

Onun sözlərinə görə, əgər şişkinlik nəticəsində ayaqqabı dar gəlirsə və bu hal yalnız bir ayaqda müşahidə olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Bu vəziyyət Varikoz genişlənməsi, Tromboz və ya böyrək xəstəlikləri kimi problemlərin göstəricisi ola bilər.

Həkim əlavə edib ki, ayağın ölçüsündə vizual artımın olması, basdıqda dəridə çökəklik yaranması və şişkinliyin aydın şəkildə görünməsi də tibbi müayinəyə ehtiyac olduğunu göstərən əlamətlərdir.

Bundan başqa, əgər şişkinlik yalnız iş günlərində deyil, istirahət günlərində və ya uzun müddət ayaq üstə qalmadıqda da müşahidə olunursa, bu da venoz sistemlə bağlı problemlərə işarə edə bilər. Mütəxəssislər belə hallarda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.

Seçilən
12
redaktor.az

1Mənbələr