Ramazan bayramı münasibətilə xeyriyyə aksiyaları davam edir. Ölkənin qabaqcıl əczaçılıq şirkətlərindən olan “Avromed Company” MMC bu dəfə uşaqlar üçün xüsusi bayram sevinci yaşadıb.
Doğru.az xəbər verir ki, şirkət “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edərək sığınacaqda yaşayan uşaqlara dəstək göstərib.
Ziyarət zamanı uşaqların sağlamlığının qorunması üçün müxtəlif vitamin kompleksləri, bioloji fəal qida əlavələri və şəxsi gigiyena vasitələri təqdim olunub. Bu yardım uşaqların sağlam inkişafına və sığınacağın gündəlik ehtiyaclarının qarşılanmasına töhfə vermək məqsədi daşıyır.
Bununla yanaşı, uşaqlar üçün interaktiv oyunlar və əyləncəli proqramlar təşkil olunub. Bayram əhval-ruhiyyəsi ilə keçən tədbir uşaqların sevincinə səbəb olub və onların sosiallaşmasına müsbət təsir göstərib.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanın əczaçılıq sektorunda aparıcı distribüterlərdən biri hesab olunur və ölkə üzrə aptek, klinika və xəstəxanaları müxtəlif sağlamlıq məhsulları ilə təmin edir.
DOĞRU.AZ
