Məşhur prodüser Asif Kərimov açıqlaması ilə diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, prodüser azyaşlıların dinlədiyi mahnılarla bağlı maraqlı məqamlara toxunub.
O, bildirib ki, bəzi mahnılar uşaqlar üçün uyğun deyil:
“Uşaq bağçasında gördüm ki, Aygün Kazımovanın mahnısını səsləndiriblər. Həmin musiqi 6 yaşlı uşaq üçün uyğun deyil. Aygün Kazımova çox gözəl müğənnidir, bunu başa düşürəm, amma hər mahnının da öz yaş həddi olmalıdır”.
Prodüser əlavə edib ki, əvvəllər uşaqlar üçün xüsusi mahnılar daha çox yazılırdı:
“Oqtay Rəcəbovun, Oqtay Zülfüqarovun uşaqlar üçün gözəl mahnıları var idi. Son zamanlar bəstəkarlar ümumiyyətlə uşaqlar üçün mahnı yazmırlar. Hər yaşa uyğun mahnılar olmalıdır ki, uşaqlar da onları dinləyərək böyüsünlər”.
Asif Kərimovun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər prodüserin fikirlərini dəstəkləsə də, digərləri bu yanaşmanı mübahisəli hesab edib./milli.az/