AZ

İranda casusluqda şübhəli bilinən 500 nəfər saxlanılıb


İran hüquq-mühafizə orqanlarının əməkdaşları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 500 nəfəri saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran polis rəisi Rza Radan IRIB dövlət televiziya və radio şirkətinə bildirib.
“Düşmənə və İran əleyhinə mediaya məlumat ötürən 500 casus saxlanılıb”, - deyə o bildirib.
Radanın sözlərinə görə, onlardan 250-si düşmənə zərbələr üçün koordinat ötürüb, xarici hərbi qüvvələrlə əlaqə saxlayıb və ictimai asayişi pozmağa cəhd göstərib.
Digər tərəfdən, martın 15-də İranda ABŞ və İsrailin hava hücumlarından sonrakı görüntüləri çəkən 18 nəfər həbs edilib.
Bu barədə İranın Kəşfiyyat Nazirliyi bildirib. Nazirliyin məlumatına görə, onlar bombardman yerlərinin görüntülərini düşmənə ötürüblər. Nazirlik daha 21 nəfərin müvafiq hüquqi tədbirlərə məruz qalacağını açıqlayıb.
Seçilən
24
yeniavaz.com

1Mənbələr