AZ

Xankəndidə "Kənddən şəhərə" Novruz yarmarkası keçirilir - FOTO

Novruz bayramı ilə əlaqədar olaraq martın 13-dən 17-dək Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC Xankəndi şəhərində “Kənddən şəhərə” Novruz yarmarkası təşkil edib. Bu, Xankəndidə keçirilən sayca 9-cu yarmarkadır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, yarmarkanın əsas məqsədi bayram günlərində sakinlərin münasib qiymətlərlə təbii, yerli kənd təsərrüfatı məhsullarını əldə etməsinə yardımçı olmaq, eyni zamanda yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onlara alternativ satış imkanı yaratmaqdır.

“Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin üzvü Faiq Hüseynov bildirib ki, yarmarkada fermerlər tərəfindən 40 müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. “Ümumilikdə “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə Novruz yarmarkaları təşkil edilib. İşğaldan azad olunmuş ərazilər yarmarkaların coğrafiyasının genişləndirilməsi zamanı diqqət mərkəzində saxlanılır.

Cəbrayıl rayonunun Horovlu kəndində və Zəngilan rayonunun Ağalı kəndində də ilk dəfə olaraq “Kənddən şəhərə” Novruz yarmarkası keçiriləcək.

Cəbrayılda martin 16-sı, Zəngilanda isə martin 17-si bayram yarmarkası fəaliyyət göstərəcək.

Seçilən
27
5
qaziler.az

6Mənbələr