Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib.
"Unikal" xəbər verir ki, daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.
Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələri, eləcə də “TikTok” platformasında “ *azturan83* ”, “ *turanbank_az* ”, “ *azeturanbank* ” və “ *krediagro* ” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50 yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.