AZ

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 60 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29 obyekt azdır.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyədə 124 min 549 mənzil satın alınıb ki, bu da 2025-ci ilin fevral ayı ilə müqayisədə 5,9 faiz çoxdur.

Məlumata görə, 2026-cı ilin yanvar- fevral aylarında Türkiyədə 236 min 29 mənzil satın alınıb.

"Bu göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2026-cı ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara min 506 mənzil satılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azdır.

Keçən ilin yanvar- dekabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 534 mənzil alıblar ki buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.

Seçilən
38
turkic.world

1Mənbələr