AZ

“Əl Carida”: Xameneyi gizlicə Moskvaya aparılıb və əməliyyat olunub

ain.az, Ayna saytına istinadən bildirir.

Yeni Ali Rəhbər iranlı mütəxəssislərin müşayiəti ilə rus həkimləri tərəfindən müalicə olunur

İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi Rusiya hərbi təyyarələri ilə gizli əməliyyat çərçivəsində Moskvaya aparılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Küveytin “Əl-Carida” media orqanı Xameneiyə yaxın yüksək vəzifəli mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, bu, onun sağlamlıq vəziyyəti və İrandakı mürəkkəb təhlükəsizlik vəziyyəti ilə bağlıdır. Rusiyaya çatdıqdan sonra o uğurlu əməliyyat keçirib və hazırda prezident saraylarından birində yerləşən xəstəxanada müalicə alır.

Mənbənin sözlərinə görə, Xameneyi 28 fevralda ABŞ və İsrailin İrana qarşı ilkin hava hücumları zamanı yaralanıb və onun müalicəsi üçün yüksək təchizatlı xəstəxana, yaxından tibbi müşahidə və xüsusi nəzarət tələb olunub. İranda davam edən intensiv bombardman və təhdidlər səbəbindən bu şərait təmin edilə bilməyib.

Nəşrin mənbəsinə görə, Rusiya Prezidenti Vladimir Putin özü iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında Rusiyada müalicə təklif edib və İran rəsmiləri ilə müzakirələrdən sonra təklif təsdiqlənib. Xameneyi cümə axşamı Moskvaya aparılıb və iranlı mütəxəssislərin müşayiəti ilə rus həkimləri tərəfindən müalicə olunur.

İranın islahatçı qanadına yaxın başqa bir mənbə "Əl-Carida"ya bildirib ki, Xameneiyə aid edilən ilk müraciət Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən yazılıb və onun əvvəlki açıqlamaları ilə üst-üstə düşür. Bu mənbəyə görə, Xameneyi hətta çıxışının mətnini belə görməyib və onun ictimaiyyət qarşısında olmaması, səs yazısının olmaması bu şübhələri daha da gücləndirir.

"Əl-Carida" həmçinin İsrail Baş naziri Benyamin Netanyahunun Xameneyinin səhhəti ilə bağlı suala "mən ona həyat zəmanəti vermirəm" cavabını da sitat gətirir ki, bu da İsrail kəşfiyyatının onun vəziyyəti ilə bağlı öz məlumatlarına sahib olduğuna işarə kimi qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
ayna.az

1Mənbələr