AZ

Səudiyyə Ərəbistanı və BƏƏ liderləri Körfəz ölkələrinin İranın hücumlarına qarşı bütün imkanları səfərbər edəcəklərini bildiriblər  

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan bazar ertəsi telefonla danışaraq İranın Körfəz ölkələrinə qarşı davam edən hücumlarını regional təhlükəsizliyi təhdid edən təhlükəli eskalasiya kimi qınayıblar.

AZƏRTAC rəsmi “Saudi Press” agentliyinə istinadla xəbər verir ki, iki lider Körfəz Əməkdaşlıq Şurası ölkələrinin ərazilərini müdafiə etmək və regional sabitliyi qorumaq üçün bütün mövcud imkanları səfərbər etmək üçün səylərini əsirgəməyəcəyini təsdiqləyiblər.

Bu telefon danışığı Tehranın Səudiyyə Ərəbistanındakı səfiri Əlirza İnayətinin “X “ platformasındakı paylaşımında İranın ABŞ və İsrailin bölgədəki maraqlarını hədəf aldığını iddia etməsi fonunda aparılıb. İranlı diplomat Tehranın Körfəz ölkələrinə hücumlara görə məsuliyyətini inkar edib. Amma onun bu bəyanatı şübhə ilə qarşılanıb və tənqidçilər İranın hərbi rəhbərliyinin Körfəz ölkələrini açıq şəkildə təhdid etdiyini və hətta ABŞ-nin hərbi aktivlərinə yönəlmiş hücumların yaxınlıqdakı mülki əraziləri təhlükəyə atdığını qeyd ediblər.

Regional hakimiyyət orqanları bildirir ki, fevral ayının sonlarında münaqişə başlayandan bəri İranın minlərlə raketi və pilotsuz uçuş aparatı Körfəzə doğru atılıb, bölgədəki hava və dəniz limanlarına, enerji infrastrukturuna, mülki obyektlərə zərbələr endirilib.

BMT Təhlükəsizlik Şurası ötən həftə 15 üzvdən 13-ü tərəfindən dəstəklənən və 135 ölkənin birgə təşəbbüsü ilə İranın hücumlarını pisləyən, hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edib.

Seçilən
6
2
azerbaijan-news.az

3Mənbələr