İran rəsmiləri Tehran hakimiyyətinin İsrail ilə əlaqəli olmaqda ittiham etdiyi peyk xəbər kanalı “Iran International” üçün işlədiyi iddia edilən 18 nəfəri saxlayıb.
"Cebheinfo.az" xəbər verir ki, “Press TV”-nin xəbərinə görə, İranın Kəşfiyyat Nazirliyi saxlanılan şəxslərin ABŞ və İsrail tərəfindən bombalanan ərazilərin, eləcə də təcili yardım və xilasedici qrupların yerləşdiyi nöqtələrin fotoşəkillərini kanala göndərdiyini bildirib.
Qeyd olunub ki, daha azı 21 nəfər barəsində də hüquqi tədbirlərin görülməsi nəzərdə tutulur.
Daha əvvəl yayılan məlumatlarda isə İran rəsmilərinin ölkənin “düşmənləri” ilə informasiya paylaşdığı iddiası ilə azı 500 nəfəri saxladığı bildirilmişdi.