AZ

İngiltərədə meningit yayılıb: tələbələr arasında yoluxma

İngiltərədə University of Kent universitetinin yerləşdiyi Canterbury şəhərində meningit yayılması nəticəsində 2 nəfər həyatını itirib, 11 nəfər isə xəstəxanada müalicə olunur.

AzEdu.az İngiltərə mətbuatının məlumatına əsasən xəbər verir ki, xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti 18–21 yaş aralığındadır və onların Kent Universitetinin tələbələri olduğu bildirilib.

Həyatını itirən şəxslərin də 18–21 yaş arasında olduğu, onlardan birinin universitet tələbəsi olduğu təsdiqlənib.

Yayılma ilə bağlı UK Health Security Agency (UKHSA) geniş tədbirlər görüb. Qurum tələbələr, universitet əməkdaşları və ailələr də daxil olmaqla 30 mindən çox insanla əlaqə saxlayaraq vəziyyət barədə məlumat verib.

UKHSA mütəxəssisləri xəstəliyə yoluxan şəxslərlə görüşərək onların yaxın təmasda olduğu insanları müəyyənləşdirməyə çalışır. Qurumun sözçüsü bildirib ki, Canterbury bölgəsində bəzi tələbələrə profilaktik məqsədlə antibiotik verilib. Lakin xəstəliyin konkret növü hələ müəyyən edilməyib.

Seçilən
1
azedu.az

1Mənbələr