AZ

Tramp Hörmüz boğazını açmaq üçün koalisiya yaradır

Tramp, enerji qiymətlərinin artmasına baxmayaraq, İrana hücumların daha bir neçə həftə davam edə biləcəyini söyləyib. ABŞ prezidenti Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və orada qalmış neft gəmilərini azad etmək üçün koalisiya yaratdığını açıqladı.

Məlumatı “Euronews” yayıb. 

ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, İrandakı müharibə səbəbindən qlobal neft qiymətlərinin düşməyə davam etdiyi bir vaxtda, neft gəmilərini müşayiət etmək üçün hərbi gəmilər və avadanlıq göndərərək Hörmüz boğazını qorumaq üçün yeddi ölkədən beynəlxalq koalisiyaya qoşulmağı xahiş edib. Amma ABŞ prezidenti bu ölkələrin adını çəkməyib: “Mən bu ölkələrin müdaxilə edib ərazilərini müdafiə etmələrini tələb edirəm, çünki bu onların ərazisidir. Vaşinqtonun neftə çıxışı olduğu üçün gəmiçilik kanalına ehtiyacı yoxdur”.

Tramp vurğulayıb ki, Çin boğaz neftinin təxminən 90 faizini alır, ABŞ isə yalnız minimal miqdarda neft alır. O, Çinin koalisiyaya qoşulub-qoşulmayacağını müzakirə etməkdən imtina edib: “Digər ölkələr də bu ərazinin qorunmasında iştirak etsəydi, çox yaxşı olardı və biz də onlara kömək edəcəyik. Biz onlarla əməkdaşlıq edəcəyik”. 

ABŞ prezidenti əvvəllər Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanı boğazın qorunmasında Amerika qüvvələrinə qoşulmağa çağırmışdı.

P.ƏMİRCANOV
XQ

Seçilən
9
xalqqazeti.az

1Mənbələr