Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru
Bəşəriyyətin nəhəng filosofu və sosioloqu Yurgen Habermas (18 iyun 1929-15 mart 2026-cı il) vəfat etdi. Habermas Frankfurtda Sosial Tədqiqatlar İnstitutunun əsasını qoymuş filosoflar, sosioloqlar və mədəniyyət tənqidçiləri qrupunun mütəfəkkirlərinin aparıcı nümayəndəsidir.
O, fəlsəfədə “kommunikativ fəaliyyət nəzəriyyə”sinin müəllifidir. Son illər böyük filosof “modern” və “postmodern” haqqında diskussiyalarda fəal şəkildə iştirak edirdi. "Naturalizmlə dinin arasında; fəlsəfi məqalələr" kitabı filosofun yaradıcılığında xüsusi yer tutur. Habermas “tənqidi pedaqogika” konsepsiyasının müəllifidir. Məktəb tədrisi metodlarının terminologiyasına müraciət etməklə Habermas biliyi müəyyən edən səkkiz pedaqoji prinisp irəli sürür:
-əməkdaşlıq və birgə iş zəruriyyəti;
-diskussiyalara əsaslanan iş zəruriyyəti;
-müstəqil, emprik və çevik tədris zəruriyyəti;
-razılaşmaya əsalanan tədris zəruriyyəti;
-şagirdlər tərəfindən öz ətraflarına anlam və dərketmə marağının inkişafı məqsədi ilə cəmiyyətlə bağlı tədrisin zəruriyyəti;
-qərarlar qəbul etməyə yönəlmiş fəaliyyətin zəruriyyəti;
-şagirdlərin öz nəzər - nöqtələrini ifadə etmək hüququnun genişləndirilməsi zəruriyyəti;
-ideoloji tənqidi stimullaşdırmaqla müəllimlərə “islahat həyata keçirmək bacarığına malik intellektuallar” qismində fəaliyyət göstərmək imkanı yaratmaq zəruriyyəti.
Habermasa görə tənqidi pedaqogika bərabərsizlikdən və “hamının bölüşdürdüyü maraqların boğulması”ndan azadlığa, bərabərliyə, sosial ədalətə və qardaşlığa, daha dəqiq desək, şəxsi və kollektiv qurtuluşa doğru hərəkət etməyə cəhd göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.